RU

Suqovuşanda anasını qısqanclıq zəminində bıçaqlayan gəncə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Murad Ömərov 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində qeydə alınıb.


Belə ki, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov qısqanclıq zəminində anası M.Ələkbərovanı bıçaqlayıb.


Keçirilən tədbirlər nəticəsində V.Ələkbərov polis tərəfindən saxlanılıb.


Kamal Məmmədov 

Tarix: 5 Sentyabr 2025, 08:14   
Избранный
120
3
pravda.az

3Источники