RU

Güclü zəlzələ afterşoklarla davam edir: 5,3 bal

Kamçatkanın şərq sahillərində 5,3 maqnituda zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.

Bildirilir ki, yeraltı təkanlar sentyabrın 4-də yerli vaxtla saat 10:38-də (Bakı vaxtı ilə 5 sentyabr, 2:38) baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 161 kilometr aralıda, ocağı isə 60,7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, iyulun sonunda Kamçatkada 8.8 bal gücündə zəlzələ baş vermişdi. Seysmoloqlar bildirmişdi ki, bu güclü zəlzələdən sonra il boyu yarımadada afterşoklar baş verə bilər.

Избранный
86
1
publika.az

2Источники