RU

ABŞ dan Zelenskiyə məsləhət: Ağlına belə gətirmə!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Adam Smit deyib.

“Prezident Zelenskiyə təmənnasız məsləhət verəcəm: Moskvaya getməyi ağlınıza belə gətirməyin!”, – o vurğulayıb.

Amerikalı deputatın sözlərinə görə, Putin Zelenski ilə neytral ərazidə görüş keçirməli olacaq.

Sentyabrın 4-də Zelenski bəyan edib ki, Putinin Moskva təklifi Rusiyanın belə bir görüşü keçirmək istəmədiyini göstərir.

Lakin həmin gün “Blumberq” müxbiri Oliver Crook bildirib ki, Zelenski ABŞ prezidenti Donald Trampın təzyiqi altında Moskvaya gələ bilər .

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
72
2
globalinfo.az

3Источники