RU

Xızıda 36 yaşlı kişinin üzərinə darvaza aşdı, xəstəxanada öldü

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Xızı rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Sitalçay qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ceyhun Qəzənfər oğlu Həsənov yaşadığı evin həyətində iş görərkən həyətin giriş darvazası onun üzərinə aşıb. Qonşuların köməyi ilə C.Həsənov Sumqayıt Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
91
3
www.bakupost.az

3Источники