Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Rzayan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.
Onun sözlərinə görə, Ukraynaya məxsus 8 PUA hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri tərəfindən zərərsizləşdirilib. Vurulan PUA-ların qalıqları zavodun ərazisinə düşüb və yanğın başlayıb.