RU

ABŞ Fələstini tanımaq istəyənlərə xəbərdarlıq etdi

Fələstin dövlətini tanımaq planları böyük problemlər yarada bilər.

Tribunainfo.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, bu, irəliyə doğru yol deyil və Qəzzada atəşkəs əldə etməyi çətinləşdirəcək.

“Bu addımlar HƏMAS-ı danışıqlardan uzaqlaşdırır. Bəzən bilirsiniz, onlar qulaq asmır və öz daxili siyasətlərinə görə istədiklərini edirlər. Ancaq nəticələr də budur”.

Qeyd edək ki, Böyük Britaniya və Belçika hökumətləri Fələstin dövlətini tanımaq niyyətindədir.

Избранный
59
2
tribunainfo.az

3Источники