RU

İnterpolla axtarılan Türkiyə vətəndaşları Gürcüstanda saxlanıldı

TBİLİSİ, 5 sentyabr. TELEQRAF

Gürcüstanda İnterpolun “qırmızı bülleten”i ilə axtarışda olan üç nəfər Türkiyə vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslərin ikisi narkotik vasitələrin qanunsuz dövriyyəsində, biri isə azadlıqdan qanunsuz məhrum etmədə təqsirli bilinir.

Türkiyə vətəndaşları beynəlxalq axtarışa verilməmişdən əvvəl Gürcüstan sərhədini keçiblər. Onların biri Tbilisidə, digər ikisi isə Batumidə saxlanılıb.

Hazırda saxlanılan şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiyadan öncəki prosedurlar davam etdirilir.

Избранный
34
teleqraf.com

1Источники