RU

U-21 millimiz Portuqaliya səfərində

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya yığması ilə üz-üzə gələcək.

Görüş Barseluş şəhərindəki “Estadio Cidade” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək.

Xatırladaq ki, U-21 millimiz növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.

Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq.

AÇ-2027-nin seçmə mərhələsi
5 sentyabr

22:30. Portuqaliya – Azərbaycan
Baş hakim: Konstantinos Fellas (Kipr).
Barseluş. “Cidade de Barseluş” stadionu.

Избранный
104
4
arena.az

9Источники