RU

Mayk Tayson və Floyd Meyvezer rinqdə üz-üzə gələcək

Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Mayk Tayson növbəti dəfə rinqə çıxacaq.

Apasport.az xəbər verir ki, 59 yaşlı əfsanəvi boksçu peşəkar rinqin digər ulduzu Floyd Meyvezerlə qarşılaşacaq.

Bu barədə Tayson şəxsi sosial media hesabında paylaşıb.

Qarşılaşmanın rəsmi qeydiyyata alınmayacağı, yalnız azarkeşlər üçün təşkil ediləcək döyüş olacağı bildirilib.

 Qarşılaşmanın 2026-cı ilin yayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Mayk Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib, onlardan 50-də qələbə qazanıb (44-ü nokautla). O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.

48 yaşlı Floyd Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə bitirib. Amerikalı boksçu rinqdə keçirdiyi 50 qarşılaşmanın hamısında qalib gəlib, 27 döyüşdə isə rəqiblərini nokauta salıb.

Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Çində 4 medal qazanıblar

Azərbaycan millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

Boksçularımız MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər

Qəbələdə boks hakimləri üçün seminar keçirilib - FOTO

Избранный
186
apasport.az

1Источники