RU

Əmək bazarında ən çox tələbat olan ixtisaslar hansılardır? - AÇIQLAMA

Bakı. Trend:

Monitorinqlər göstərir ki, son dövrlər əmək bazarında həminformasiya texnologiyaları ilə bağlı, həm də iqtisadiyyatın dahainnovativ sahələri üzrə iqtisadçılara tələbat yaranıb. Bir tərəfdəninformasiya texnologiyaları, eləcə də təbii ki, mühəndislik və ocümlədən süni intellekt üzrə mütəxəssislərə olan tələbatın artmasımüşahidə olunur.

Bu sözləri Trend-in sualına cavab olaraq Milli Məclisin İqtisadisiyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovdeyib.

Deputat bildirib ki, ənənəvi olaraq, iqtisadi profildəmaliyyəçilərə əmək bazarında tələbatın artması müşahidə olunur.

"Bu isə, təbii ki, iqtisadiyyatın genişlənməsi fonunda başverir. Eləcə də, təbii ki, tibb və mühəndislik ixtisasları ənənəviolaraq hər zaman əmək bazarında tələb olunan sahələrdir. Lakin əməkbazarının strukturu hazırda daha innovativ ixtisaslara tələbatyaradır. Xüsusən də informasiya texnologiyaları, süni intellekt, ocümlədən robot texnologiyaları ilə bağlı sahələrə.

Aparılan müşahidələr göstərir ki, hələlik əmək bazarı ilə alitəhsil müəssisələri arasında bu istiqamətdə birbaşa əlaqələrformalaşmayıb. Yəni bu gün əmək bazarı, ali təhsil müəssisələrindəntələb olunan ixtisaslara uyğun kadrların hazırlanmasında müəyyənçətinliklərlə üzləşir".

"Bu baxımdan təbii ki, xüsusən də ixtisas seçimində, ixtisasplanlaşdırmasında əmək bazarındakı dəyişikliklərin nəzərə alınmasıçox vacibdir. Çünki əmək bazarındakı dəyişikliklər nəzərə alınmadanixtisasların seçilməsi və hətta ali məktəblərdə ixtisaslar üzrəqəbulun həyata keçirilməsi bir sıra hallarda həmin ixtisaslar üzrəuniversiteti bitirən gənclərin, məzunların işlə təminatındaproblemlərlə, çətinliklərlə üzləşməsinə gətirib çıxarır",- deyə.

Millət vəkilinin sözlərinə görə, əmək bazarının çağırışlarınınnəzərə alınması birmənalı şəkildə vacibdir.

"Amma təəssüf ki, hal-hazırda monitorinq və müşahidələr göstərirki, biz əmək bazarındakı çağırışların ali məktəblərdə ixtisaslarınmüəyyənləşməsində tam olaraq nəzərə alınmasını müşahidə edəbilmirik",- deyə Vüqar Bayramov fikirlərini tamamlayıb.

Избранный
137
7
az.trend.az

9Источники