Meksikada yaşayan rusiyalı bloqer Marina Erşova hazırladığı ənənəvi rus yeməyi ilə bağlı maraqlı hadisəni izləyiciləri ilə bölüşüb.
Publika.az xəbər verir ki, bloqer “Zen” platformasındakı şəxsi bloqunda yazıb ki, o, yerli sakinlərin evində qarabaşaq yarması bişirib. Lakin yeməyin qoxusu ailə üzvlərini o qədər narahat edib ki, onlar evdən çıxmaq məcburiyyətində qalıblar.
Erşovanın sözlərinə görə, yerli sakinlər bu yeməyin ümumiyyətlə yeyilə biləcəyinə təəccübləniblər və hətta onu “donuz yeməyi” adlandırıblar.
“Dedim ki, uşaqlar, bu, donuzlar üçün deyil, seçilmişlər üçündür! Mənə hörmət üçün cəhd etsələr də, üzlərindən görmək olurdu ki, doğrudan da onlara donuz yemi versəydim, daha yaxşı olardı”, – deyə bloqer vəziyyəti yumorla izah edib.