RU

Rubio: Fələstinin tanınması böyük problemlərə yol açacaq

BAKI, 5 sentyabr. TELEQRAF

“Birləşmiş Ştatlar digər ölkələrə Fələstinin tanınmasının daha böyük problemlər yaradacağını bildirib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Bütün digər ölkələrə söylədik ki, sizin Fələstini tanımağınız problemlər yaradacaq. Bu, atəşkəslə bağlı razılığa gəlməyi çətinləşdirəcək, gördüyünüz hərəkətlərə və ya ən azı bu cür hərəkətlərə cəhdlərə səbəb ola biləcək cavablar olacaq”, - dövlət katibi qeyd edib.

M.Rubio İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi ilə bağlı müzakirələri dəstəkləməyəcəyini də bildirib.

Избранный
82
1
teleqraf.com

2Источники