RU

Azərbaycan millisinin DÇ-2026-da ilk sınağı

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu keçirəcək.

Publika.az xəbər verir ki, D qrupunda qərarlaşan yığma ilk oyununda İslandiya ilə qarşılaşacaq. Fernandu Santuşun rəhbərlik etdiyi komanda ilk oyuna səfərdə çıxacaq. Reykyavikdə keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu gecə B, C, D, I, L, qruplarında ümumilikdə 10 görüş keçiriləcək. Yığmamızın rəqibləri olan Fransa və Ukrayna Polşada üz-üzə gələcək.

DÇ-2026. Seçmə mərhələ, Avropa zonası
5 sentyabr
D qrupu
22:45. Ukrayna – Fransa
22:45. İslandiya – Azərbaycan
Xal: Azərbaycan – 0, Fransa – 0, İslandiya – 0, Ukrayna – 0.

B qrupu
22:45. İsveçrə – Kosovo
22:45. Sloveniya – İsveç
Xal: Kosovo – 0, Sloveniya – 0, İsveçrə – 0, İsveç – 0.

C qrupu
22:45. Danimarka – Şotlandiya
22:45. Yunanıstan – Belarus
Xal: Belarus – 0, Danimarka – 0, Yunıstan – 0, Şotlandiya – 0.

Избранный
22
3
publika.az

10Источники