RU

Rusiya helikopterləri və PUA-rı qorumaq üçün yeni zenit raket kompleksi yaradıb

Rusiyanın “Kaysant” elmi-istehsalat birliyi helikopterləri və alçaqdan uçan pilotsuz uçuş aparatlarını (PUA) qorumaq üçün daşına bilən zenit raket kompleksi yaradıb.

Herbiand.az bildirir ki, bu barədə birliyin rəsmi nümayəndəsi məlumat yayıb.

Kompleks “Hermes” rabitə sistemini alıb.

“Sistem dəyişən döyüş şəraitinə tez uyğunlaşır ki, bu da onu müasir silahlı qüvvələrin arsenalında əvəzolunmaz alətə çevirir”, - elmi-istehsalat birliyindən qeyd edilib.

Vurğulanıb ki, sistem maşın görmə əsaslı bələdçilik sistemi ilə təchiz olunub. Məhsulun çəkisi 1,2 kiloqram, hədəf əldə etmə diapazonu 500 metrdir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
36
herbiand.az

1Источники