RU

Aysel Əlizadə: “Həyat gözləmək yox, yaşamaq üçündür”

Məşhur müğənni Aysel Əlizadə son paylaşımı ilə diqqət çəkib.

“Cebheinfo.az” xəbər verir ki, o, “Instagram” paylaşımına maraqlı cümlələr yazıb.

İfaçı bildirib ki, həyatı çox da ağırlaşdırmadan, hər anın içində yaşamaq lazımdır:

“Arzularımız gerçəkləşsə də, gerçəkləşməsə də, əsas odur ki, biz o anı doya-doya hiss edək. Çünki həyat gözləmək yox, yaşamaq üçündür. Düşüncələr çox vaxt bizi indi yaşamaqdan uzaqlaşdırır. Lakin yadda saxlamaq gərəkir ki, bu gün bir daha geri qayıtmayacaq. Ona görə də gülüşümüzün, sevgimizin və sevinclərimizin dəyərini indi bilməliyik”.

Избранный
60
1
cebheinfo.az

4Источники