RU

Qarabağdan gedən neçə min erməniyə Ermənistan vətəndaşlığı verilib?

Qarabağdan gedən 16 mindən çox erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Qazaryan parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının iclasında məlumat verib.

Onun sözlərinə görə, onların 5 mindən çoxu yeni pasport almış valideynlərinin ardınca avtomatik olaraq Ermənistan vətəndaşı olan azyaşlılar olub.

“Beləliklə, Qarabağdan olan 16 mindən çox soydaşımız artıq Ermənistan vətəndaşıdır”, - nazir müavini qeyd edib.

Избранный
102
publika.az

1Источники