Bakı. Trend:
Azərbaycanda səfərdə olan Bəhreyn krallığı nümayəndələrşurasının baş katibi Məhəmməd İbrahim Aisisi Albuainayinin başçılıqetdiyi nümayəndə heyəti sentyabrın 5-də Fəxri xiyabanı və Şəhidlərxiyabanını ziyarət edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrəkxalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətininmemarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yadedib, tər güllər düzüblər.
Nümayəndə heyəti sonra Şəhidlər xiyabanını ziyarət edərəkölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarındankeçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb,məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsiniziyarət edib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis aparat rəhbərininmüavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər müşayiətediblər.