RU

Türkiyədə quru çayın qiyməti artdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Çay Müəssisələri Baş İdarəsi (ÇAYKUR) quru çaya qiymət artımı elan edib və bu artımın sentyabrın 5-dən qüvvəyə minəcəyini bildirib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, idarə quru çay qiymətlərini orta hesabla 7.5 faiz nisbətində artırmağa qərar verdiyini açıqlayıb.
Qeyd edək, quru çaya sonuncu qiymət artımı iyulun sonunda 3.5 faiz olaraq təyin olunmuşdu.
Artımların səbəbi kimi isə biznes xərclərinin və təzə çayın qiymətinin artması göstərilib.
Избранный
74
oxu.az

1Источники