Aktrisa Aqlaya Tarasova Domodedovo hava limanında narkotiklərlə tutulub.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Aktrisa Aqlaya Tarasova Domodedovo hava limanında narkotik vasitələrlə tutulub. Onun üzərində həşiş yağı ilə dolu elektron siqaretlə aşkarlanıb.
Məlumata görə, Tarasova İsraildən gəlirmiş.
Hadisə ilə bağlı narkotik vasitələrin qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb və yaxın günlərdə aktrisaya qarşı həbslə bağlı qərar veriləcək.
Xuraman Etibarlı
Interpress.az