RU

Porno saytda fotosu yayılan baş nazir qəzəbləndi: Ən ağır cəza verilsin!

İtaliyanın baş naziri Ciorcia Meloni onun və digər qadın deputatların saxta fotolarının porno saytda yer aldığını öyrəndikdən sonra qəzəblənib.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Qeyd olunub ki, İtaliya prokurorluğu artıq baş nazir də daxil olmaqla qadın deputatların və jurnalistlərin şəkillərinin yer aldığı porno saytla bağlı araşdırmaya başlayıb. Keçən həftə bağlanmazdan əvvəl saytın 700 mindən çox abunəçisi olduğu vurğulanır.

Meloni günahkarların "ən ağır şəkildə" cəzalandırılmasını istəyib.

Избранный
31
publika.az

1Источники