RU

Tovuzda yanğına səbəb olan şəxs SAXLANILDI

Sentyabrın 4-də Tovuz rayon Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb.

M. Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.

Bizim.Media

Избранный
38
17
bizim.media

10Источники