RU

Məşhur aktrisa həbs oluna bilər

Rusiyalı aktrisa Aqlaya Tarasova Moskvada Domodedovo hava limanında narkotik maddələrlə saxlanılıb.

Kulis.az Rusiya KİV-ə istinadən xəbər verir ki, aktrisa 28 avqust tarixində Təl-Əvivdən Moskvaya gələn zaman gömrük yoxlamasından keçərkən onun üzərində narkotik vasitə aşkarlanıb.

Məlumata görə, aktrisanın daşıdığı veypin içərisində 0.4 qram həcmində kanabis yağı olub. Bu miqdar Rusiya qanunvericiliyinə əsasən "əhəmiyyətli miqdar" sayılır.

İsraildə 1999-cu ildən etibarən marixuana istifadəsi qanuniləşdirilsə də, Rusiya ərazisində bu maddənin daşınması qadağandır. Aqlaya Tarasovaya qarşı “narkotik vasitələrin qaçaqmalçılığı” maddəsi ilə cinayət işi açılıb. Onun barəsində bu gün Domodedovo məhkəməsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Aqlaya Tarasova məşhur rus aktrisası Kseniya Rappoportun qızıdır. O, geniş tamaşaçı kütləsinin rəğbətini “Buz” filmindəki fiqurlu konkisürən Nadejda Lapşina obrazı ilə qazanıb. Həmin rola görə “Qızıl qartal” mükafatına layiq görülüb.

İndi isə 30 yaşlı aktrisanı 3 ildən 7 ilə qədər həbs və ya 1 milyon rubladək cərimə, yaxud 5 ilə qədər qazancına bərabər məbləğdə maliyyə cəzası gözləyə bilər.

Избранный
55
23
kulis.az

10Источники