Qax rayonunun Qaradolaq kəndində yanğın olub.
"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 162 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Cebheinfo.az"