Ulduz futbolçu, hazırda “İnter Mayami”nin formasını geyinən Lionel Messi Argentina millisinin heyətində son ev oyununa çıxıb.
News365.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə matçda iştirak edib.
Argentina millisinin 3 qolundan 2-ni kapitan Messi vurub. Azarkeşlər 38 yaşlı hücumçunun şərəfinə “Hər şey üçün çox sağ ol, mənim kapitanım” pankartını açıblar. Messi isə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. Onun DÇ-2026-dan sonra milli karyerasını başa vuracağı gözlənilir.
Sözügedən görüntüləri təqdim edirik: