"Fənərbağça" klubu komandanı Luçano Spallettiyə etibar etmək istəyib.

Offsideplus.az xəbər verir ki, lakin italiyalı mütəxəssis bu təklifi qəbul etməyib. O, ailəsi ilə vaxt keçirmək və istirahət etmək istədiyini bildirib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

L. Spalletti son olaraq İtaliya yığmasını çalışdırıb. 

"Fənərbağça" növbəti həftəyə qədər yeni baş məşqçisini açıqlamağı planlaşdırır. Onların siyahısında İsmail Kartal, Domeniko Tedesko və Edin Terziç var.