Qəzza şəhərinin 40 faizi İsrailin nəzarəti altındadır.
Publika.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Efi Defrin mətbuat konfransındakı açıqlamasında deyib.
O, əməliyyatların hələ intensiv şəkildə davam edəcəyini qeyd edib:
"HƏMAS-a qarşı hücumlarımız davam edir və Qəzza şəhərinin 40 faizini nəzarətə götürdük. Əməliyyat yalnız İsrailin qalan əsirlərinin geri qaytarılması ilə sona çatacaq".