RU

“Hər şey üçün çox sağ ol, mənim kapitanım” pankartı açıldı - Messi ağladı

Ulduz futbolçu, hazırda “İnter Mayami”nin formasını geyinən Lionel Messi Argentina millisinin heyətində son ev oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə matçda iştirak edib.

Argentina millisinin 3 qolundan 2-ni kapitan Messi vurub. Azarkeşlər 38 yaşlı hücumçunun şərəfinə “Hər şey üçün çox sağ ol, mənim kapitanım” pankartını açıblar. Messi isə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. Onun DÇ-2026-dan sonra milli karyerasını başa vuracağı gözlənilir.

Sözügedən görüntüləri təqdim edirik:

 

Избранный
4
8
redaktor.az

9Источники