RU

Gəncə və Goranboyda yanğın oldu

BAKI, 5 sentyabr. TELEQRAF

Gəncə şəhərində ümumi sahəsi 82 m² olan 4 otaqlı mənzilin mətbəxində 5 paq.m mebel və 1 ədəd məişət avadanlığı yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yüksək temperaturdan paltaryuyan maşın qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Goranboy rayonunun Boluslu kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
4
2
teleqraf.com

3Источники