RU

Google soyqırımı təbliğatı üçün hərəkətə keçdi: 45 milyon dollarlıq müqavilə

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İsrail Qəzzada insanlıqdan kənar hücumlarla soyqırımı davam etdirir. Ona başda ABŞ olmaqla bir çox ölkə və qurumdan dəstək gəlməkdədir. 

Sherg.az "ahaber.com.tr"-yə istinadən xəbər verir ki, bu vəziyyət etirazlara səbəb olsa da, soyqırım ortaqları terror dövlətinə arxa çevirmir. Milyardlarla istifadəçisi olan Google, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ilə 45 milyon dollarlıq müqavilə bağladı. İddiaya görə, bu qanlı razılaşmaya əsasən Google, Qəzzadakı humanitar böhranı kiçildən və hökumətin mesajlarını yaymağı hədəfləyən təbliğat kampaniyaları həyata keçirəcək.

"Drop Site News"un məlumatına görə, iyun ayının sonunda imzalanan altı aylıq müqavilədə Google, Netanyahunun ictimaiyyətlə əlaqələr strategiyasının dəstəkçisi kimi “əsas struktur” kimi təsvir edilib. Kampaniya, İsrailin 2 martda Qəzzaya qida, dərman və yanacaq kimi əsas humanitar yardımları əngəlləməsindən sonra başladılıb.

Xəbərdə qeyd olunub ki, reklamlar YouTube və Google-un Display & Video 360 platforması üzərindən yayımlanır, hökumət sənədlərində isə bu kampaniyalar “hasbara” (təbliğat) kimi göstərilir. İsrail Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan və “Qəzzada yemək var, digər bütün iddialar yalandır” mesajı verən bir video sponsorlu paylaşımlarla 6 milyondan çox izlənilib.

Hesabatda əlavə olaraq, İsrail hökumətinin sosial media platforması X-ə 3 milyon dollar, Fransa-İsrail ortaq şirkəti Outbrain/Teads-ə isə 2,1 milyon dollar reklam yatırımı etdiyi qeyd olunub.

Google və İsrail hökuməti isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
sherg.az

2Источники