"Milan"ın heyətdə düşünmədiyi İsmael Bennaserin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, əlcəzairli futbolçu karyerasını Xorvatiyada davam etdirəcək. O, Zaqreb "Dinamo"su ilə razılığa gəlib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Dinamo" onun məvacibinin təxminən 30 faizini qarşılayacaq. Geri qalanını "Milan" ödəyəcək.