İsrail ordusunun keçmiş polkovniki Eran Lerman canlı efirdə Türkiyə ilə bağlı diqqətçəkən etiraflar edib.
Publika.az xəbər verir ki, yerli telekanallardan birinə müsahibəsində o, potensial müharibə ssenarisinə toxunaraq belə deyib:
“Qərb ordusu F-16 qırıcılarından istifadə etsə, bu vəziyyət necə olardı? İsrail ordusu NATO-nun ikinci böyük gücü sayılan Türkiyə ordusu ilə döyüşməyə qətiyyən hazır deyil. Ümid edirəm ki, heç vaxt o nöqtəyə gəlib çıxmarıq”.
Lerman, həmçinin vurğulayıb ki, Türkiyənin müdafiə sənayesi, xüsusilə də “Bayraktar” PUA-ları bölgədə güc balansını köklü şəkildə dəyişib.