RU

“İslam Maliyyəsinə Giriş” təliminə qeydiyyat başladı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖİB) sədri Ruslan Atakişiyev bildirib ki, sentyabrın 20-də “İslam Maliyyəsinə Giriş” adlı təlim keçiriləcək. Təlimin ilk dərsi sınaq məqsədilə ödənişsiz təşkil olunacaq.

QHT.az xəbər verir ki, təlim iştirakçıları ödənişsiz dərs vəsaitləri ilə təmin olunacaq, proqramı uğurla başa vuranlar isə bu sahədə fəaliyyət göstərən müəssisələrə tövsiyə olunmaq imkanı əldə edəcəklər. Təlimin sonunda iştirakçılara rəsmi sertifikat təqdim ediləcək.

Təlim Ruslan Atakişiyevin rəhbərliyi ilə Yasamal rayonu, Mirəli Seyidov 41 ünvanında keçiriləcək. Qeydiyyat üçün iştirakçılar şərh bölməsində “+” işarəsi yaza və ya əlaqə nömrələri vasitəsilə müraciət edə bilərlər.

Əlaqə:
(012) 432 71 75
070 240 95 25
077 767 24 67 (WhatsApp)
[email protected]
www.ser.az

Избранный
107
qht.az

1Источники