“Əgər “Star” ya üçüncü ölkələrdəki hər hansı digər neft emalı zavodu Aİ-yə ixrac üçün nəzərdə tutulan məhsulların istehsalında Rusiya xam neftindən istifadə edərsə, buna artıq icazə verilməyəcək”,- avropalı məmur deyib.
Onun sözlərinə görə, tədbir Rusiya xam neftinin istənilən formada Aİ bazarına daxil olmasının qarşısını almaq məqsədi daşıyır və Aİ-nin Rusiyanın müharibə aparmaq qabiliyyətini daha da zəiflətmək strategiyasının bir hissəsidir.
![]() |
İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır |
- Rusiya xam neftindən üçüncü ölkələrdə əldə edilən neft məhsullarının birbaşa və ya dolayı yolla alqı-satqısı, idxalı və ya Aİ-yə ötürülməsi, habelə müvafiq texniki və ya maliyyə yardımının göstərilməsi qadağandır”, - sanksiya sənədində vurğulanır.
Bu qərar, həmçinin Rusiya neftinin və neft məhsullarının idxalı ilə bağlı Aİ-nin tətbiq etdiyi tədbirlərə mahiyyətcə ekvivalent məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu tərəfdaş ölkələrin siyahısını təqdim edir.
Maraqlıdır ki, Rusiya almazlarının Qərbin Aİ-nin sanksiyalarından yayınaraq dünya bazarlarına çıxarılmasında böyük fəallıq göstərən Ermənistana münasibətdə Aİ tam başqa mövqe sərgiləyir. Daha doğrusu, heç bir mövqe sərgiləmir, sadəcə, lal-dinməz qalır.
Sahil İsgəndərov
AzVision.az