Almaniyanın Essen şəhərində müəllimini bıçaqlayan kollec tələbəsi saxlanılıb.
Publika.az xəbər veir ki, bu barədə "Reuters" xəbər verir.
Yerli polis hadisəni təsdiqləyib.
"Həbs zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahdan istifadə ediblər. Şübhəli şəxs yaralanıb və hazırda ona tibbi yardım göstərilir", - məlumatda deyilir.
Xəsarət alan müəllimə təcili tibbi yardım göstərilib və hazırda xəstəxanadadır.