DÇ-2026-da iştirak edəcək daha 3 yığma müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Cənubi Amerika zonasından Kolumbiya, Paraqvay və Uruqvay növbəti 3 vəsiqənin sahibi olub.
Daha əvvəl Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador və Yeni Zelandiya bunu təmin etmişdi.
Qeyd edək ki, Kanada, ABŞ və Meksikanın ev sahibliyi edəcəyi turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.