RU

Dünyanın qul xəritəsi ortaya çıxdı: Birinci yerdə bu ölkədir

200 il əvvəl qadağan olunmuş köləliyin hökm sürdüyü ölkələr açıqlanıb.

Publika.az xəbər verir ki, köləliyin rəsmən qadağan edilməsindən 200 ildən çox vaxt keçməsinə baxmayaraq, “müasir köləlik” anlayışı bütün dünyada milyonlarla şəxsə təsir edən ciddi insan hüquqları problemi olaraq qalır.

Müasir köləliyə məcburi əmək, məcburi nikah, borc köləliyi, cinsi istismar, insan alveri, uşaqların satışı və istismarı kimi hallar daxildir.

Bu siyahıda ilk üç yeri 11 milyon kölə ilə Hindistan, 5 milyon 700 min ilə Çin, 2 milyon 700 min kölə ilə isə Şimali Koreya tutur.

Həmçinin siyahıda Rusiya, ABŞ, Ərəbistan, İran, Ukrayna, Əfqanıstan, İtaliya, Yaponiya və başqa ölkələr də var.

Избранный
1
publika.az

1Источники