RU

Fransada terrorçuluq hazırlığı ilə məşğul olan gənc saxlanılıb

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Fransada polis 17 yaşlı gənci, terrorçuluq hazırlığı ilə əlaqədar saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, gənc "İŞİD" adına bir neçə obyektə — məktəblər, səfirliklər və KİV-lərə qarşı zorakılıq hərəkətləri planlaşdırmaqda şübhəli bilinir.

Qəzetin məlumatına görə, gənc internetdə radikal təbliğatın təsirinə düşüb. O, həmçinin yerli polis bölmələrinə hücum etməyi də nəzərdən keçirib. Saxlanılan şəxsin evində aparılan axtarışda, sünni ekstremist qruplaşmasına sədaqət andı tapılıb. Andda "kafir"lərin məhv edilməsi niyyəti qeyd olunub və Qəzza sektorundakı silahlı münaqişə və humanitar vəziyyət də vurğulanıb.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
111
1
icma.az

2Источники