Bakı. Trend:
Fransada polis terror aktı hazırlamaqda şübhəli bilinən 17 yaşlıgənci saxlayıb.
Trend bu barədəFransa KİV-ə istinadən xəbər verir.
Onun İŞİD adından bir neçə obyektə - məktəblərə, səfirliklərə,KİV-ə qarşı zorakı hərəkətlər planlaşdırdığı güman edilir.
Məlumata görə, yeniyetmə internetdə radikal təbliğatın təsirialtına düşüb. Həmçinin, bildirilir ki, o, rayon polis şöbələrinəhücum imkanını da nəzərdən keçirib.
Zərərçəkənin evində aparılan axtarış zamanı ekstremistqruplaşmaya sədaqət andı aşkarlanıb. Bundan əlavə, mətnintərkibində Qəzza sektorundakı silahlı münaqişə və humanitarvəziyyətə də istinad olunub.