RU

Bakıda memarlıq abidəsinə müdaxilə Azad Rəhimovun ailəsi restoran açırmış? VİDEO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Bakının 28 May küçəsində yerləşən memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sökülür.

Bakupost.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu bina Nazirlər Kabinetinin qərarına əsasən, dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir:

"Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür".

Bakupost.az -ın əldə etdiyi məlumata görə, sökülən metal konstruksiyalar orada açılması planlaşdırılan restorana məxsus imiş. Qeyd olunur ki, restoranın açıldığı bina mərhum gənclər və idman naziri Azad Rəhimova məxsus olub, indi isə onun ailəsi orada biznesini genişləndirmək istəyib.

Qeyd edək ki, sözügedən binada “Xalq qəzeti” redaksiyası yerləşir. Bu bina memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov tərəfindən layihələndirilib.

Aysel,

Bakupost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
2
www.bakupost.az

3Источники