RU

Əraqçi həmkarları ilə Avropa "üçlüyü"nün BMT TŞ müraciətinə qarşı çıxmağı müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi Yunanıstan, Sloveniya və Syerra-Leonedan olan həmkarları ilə telefon danışığı zamanı Avropa "üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı qətnamələrin əleyhinə çıxmağa çağırıb.

Moderator.az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Qeyd edək ki, Avropa "üçlüyü" İranın nüvə proqramı ilə bağlı Tehran hakimiyyəti qarşısında üç şərt qoyub: ABŞ, ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşədirillmiş uran haqqında məlumat vermək.

Tehrana bu şərtlərə əməl etmək üçün 30 gün möhlət verilib. Əks halda tətik, "snapback" tətbiq olunacaq. Başqa sözlə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 22 31 saylı qətnaməsi yenidən qüvvəyə minəcək.

Bu il avqustun 28-də Avropa "üçlüyü" BMT Təhlükəsizlik Şurasına "snapback" mexanizmini aktivləşdirmək xahişi ilə məktub göndərib.

Избранный
17
1
moderator.az

2Источники