BAKI, 5 sentyabr. TELEQRAF
Ağdam və Cəbrayıl rayonlarının inzibati ərazisində təhlükəsiz bərk tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə yeni poliqonlar tikiləcək.
Teleqraf xəbər verir ki, tikinti işlərinə 9 milyon 338 min 745 manat xərclənməsi planlaşdırılır.
Qeyd edək ki, poliqonların tikintisi ilə bağlı müvafiq işlərə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti nəzarət edəcək.
Məlumat üçün bildirək ki, şirkətin 9 milyon 149 min 672 manat nizamnamə kapitalı var, qanuni təmsilçisi isə Abbasov Etibar Təhməz oğludur.