RU

Qəzaya düşən qız “iPhone 14” sayəsində xilas oldu

ABŞ-də 16 yaşlı qız keçirdiyi yol qəzasında “iPhone 14”ün avtomatik olaraq “911”ə (təcili yardım) zəng etməsi sayəsində xilas olub.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında evinə qayıdarkən sükan arxasında yuxuya gedən Lindsay Leskovak qəza törədib.

Hadisə vaxtı maşından çölə atılan Leskovak ağır xəsarətlər alıb, hər iki ayağında və boyun fəqərələrində sınıqlar yaranıb. 

Huşunu itirən qıza ilk yardım telefonun işə düşən “qəza aşkarlama” (crash detection) xüsusiyyəti sayəsində göstərilib. Telefon toqquşmanı aşkar edən kimi “911”ə avtomatik zəng vurub. Məlumat əsasında hadisə yerinə göndərilən təcili yardım briqadası qızı xilas edərək xəstəxanaya çatdırıb.

Leskovakın anası qızının telefonundakı bu xüsusiyyətdən xəbərsiz olduğunu bildirib. Ana bütün istifadəçilərə bu xüsusiyyətin açıq olub-olmadığını yoxlamağı tövsiyə edib. 

Bəs bu xüsusiyyəti telefonda necə aktivləşdirmək olar?

Bunun üçün telefonda: “Parametrlər” > “Təcili SOS” > “Şiddətli avtomobil qəzasından sonra zəng et” seçimini “açıq” vəziyyətə gətirmək lazımdır.

“Apple”ın “Qəza aşkarlama” xüsusiyyəti aşağıdakı modellərdə mövcuddur:

- “iPhone 14” və ya daha yeni bütün “iPhone” modelləri (iOS 16 və sonrası);

- “Apple Watch Series 8” və sonrası;

- “Apple Watch SE” (2-ci nəsil);

- “Apple Watch Ultra” və sonrası (watchOS 9 və sonrası).

Избранный
17
6
olke.az

7Источники