RU

Astarada kütləvi zəhərlənmə olub

5 sentyabr 2025-ci il tarixində saat 11:00 radələrindən başlayaraq, müxtəlif qastrointestinal şikayətlərlə 15 nəfər, o cümlədən 8 uşaq, Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Pasiyentlərdən 9-u qadın, 6-sı isə kişi olub. Bu barədə TƏBİB-dən anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Xəstələrə dərhal tibbi yardım göstərilib və müalicə prosesinə başlanılıb.

 Hal-hazırda, xəstələrin 13-nün vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir, 2 nəfərin vəziyyəti isə nisbi ağırdır.

Xəstələrin müalicəsi və vəziyyətlərinin izlənməsi davam edir.

 

Gülnar

Избранный
124
anews.az

1Источники