RU

Bu gün Avropa liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülür - Siyarto

Bu gün Avropa liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər.

Day.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bildirib.

"Biz on beş il əvvəl qarşılıqlı hörmət və fayda əsasında Azərbaycanla tərəfdaşlıq qurmağa başlayan dönəmlərdə, bəzi Avropa liderləri bizi məsxərəyə qoyur və bizə dərs keçməyə çalışırdılar. Bu gün isə həmin liderlərin özləri Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar", - deyə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Macarıstana energetika, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində nəzərəçarpan nəticələr qazandırıb.

"MOL Group" və MVM artıq Azərbaycanın ən böyük neft-qaz yataqlarında paya sahibdir və adi alıcılardan beynəlxalq bazarda enerji istehsalçılarına çevriliblər", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Budapeştdə Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib.

Избранный
8
7
day.az

8Источники