RU

Diş həkiminə nə qədər tez-tez getməlisiniz?

Mütəxəssislər ağız və diş sağlamlığının qorunması üçün 3-6 ayda bir diş həkimi müayinəsi tövsiyə edirlər.


Pravda.az bildirir ki, müntəzəm müayinələr çürük və diş əti xəstəliklərinin erkən mərhələdə aşkarlanmasına, daha ağır müalicələrin qarşısının alınmasına kömək edir.


Diş ağrısı, çürük, diş qırılması, diş əti qanaması kimi hallar isə təcili olaraq həkimə müraciət edilməsini tələb edir. Uşaqların da sağlam dişlərə sahib olması üçün onların müntəzəm şəkildə diş həkimi tərəfindən yoxlanılması vacibdir.


Ağız sağlamlığı yalnız gülüşünüzü deyil, həm də ümumi sağlamlığınızı birbaşa təsir edir. Bu səbəbdən vaxtında həkimə müraciət etmək həm müalicə prosesini yüngülləşdirir, həm də sağlam həyat üçün mühüm rol oynayır.


Əminə Bayramova 

Tarix: 5 Sentyabr 2025, 18:15   
Избранный
105
2
pravda.az

3Источники