Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərindəki mənzilin alınması zamanı herb rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.
Teleqraf xəbər verir ki, 45 yaşlı Reyner Baş nazir Kir Starmerin komandasından ayrılan səkkizinci və ən yüksəkvəzifəli kabinet üzvü olub.
“Vergiqoyma məsələləri üzrə mütəxəssisə əlavə məsləhət üçün müraciət etməmək qərarıma görə çox təəssüflənirəm... Bu səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, - deyə Reyner Starmerə yazdığı məktubda bildirib.
“The Guardian” qəzetinin məlumatlarına görə, o, təxminən 40 min funt-sterlinq az ödəyib.
Starmer cavab olaraq onun hökumətdəki vaxtının bu şəkildə bitməsindən təəssüfləndiyini, lakin düzgün qərar verdiyini bildirib.
Ancela Reyner 2024-cü il iyulun 5-də Baş nazirin müavini təyin edilib.
Kabinetin səkkiz naziri itirilib, onlardan beşi hüquqpozuntularına görə istefa verib. “Starmer hakimiyyətdə olduğu ilk dövrdə bütün Baş nazirlər arasında ən çox nazir istefasını (hökumətdəki dəyişikliklər daxil deyil) yaşayıb”, - deyə “Reuters” yazır.