Yəmənin informasiya naziri Müəmmər əl-İryani Əmirliyin “The National” qəzetinə müsahibəsində husilər İrandan qaçaqmalçılıq yolu ilə gətirilən materiallardan istifadə edərək kimyəvi silah istehsalına başladıqlarını qeyd edib.
Əl-İryani kəşfiyyat mənbələrinə istinadən bildirib ki, "Husi milisləri kimyəvi silah istehsalı zavodu qurub".
Nazirin sözlərinə görə, kimyəvi silah üzərində işlərin iranlı mütəxəssislərin rəhbərliyi altında aparıldığı bildirilir.