Böyük Britaniyanın Kornuoll bölgəsində damar cərrahı kimi çalışan 49 yaşlı Neil Hopper hər kəsi şoka salan cinayətə imza atıb.
“Cebheinfo.az” xəbər verir ki, o, 2019-cu ildə hər iki ayağını dizdən aşağı amputasiya etdirərək bunu guya qan zəhərlənməsindən qaynaqlanan sepsis xəstəliyi ilə əlaqələndirib.
Onun dostuna göndərdiyi mesajlarda sığorta prosesini “mənimsəmək” kimi təsvir etdiyi, həmçinin yaşadığı bu “faciəvi hadisənin” mediada yaratdığı diqqətdən həzz aldığı ortaya çıxıb.Hopperin vəkili Endryu Langdon müştərisinin uşaqlıqdan bədəninə yadlaşma hissi yaşadığını və ayaqlarını “istənməyən əlavə” kimi gördüyünü bildirib.
Həkim isə ayaqlarının kəsilməsindən peşman olmadığını, yalnız sığorta dələduzluğuna görə “dərin peşmanlıq” hiss etdiyini deyib.Məhkəmə bu qalmaqallı hadisə ilə bağlı Neil Hopperi 2 il 8 ay müddətinə həbs cəzasına məhkum edib. Bundan əlavə, əldə etdiyi qanunsuz qazancın geri qaytarılması üçün hüquqi prosedurlar başladılıb. O, həmçinin ömürlük olaraq həkimlik fəaliyyətindən məhrum edilib.