Sentyabrın 9-da cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçiriləcək.
Operativ Media xəbər verir ki, yarışda 43 klub və idman cəmiyyətindən olan 253 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu, cari ildə kişilər arasında Liqa yarışının son turudur. Bu turnirlər nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.