RU

Lionel Messi PSJ yə gələndə orada düşməncəsinə ab hava olub Sabiq məşqçi

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino Lionel Messinin Fransa klubunda olduğu müddətdə fubolçunun ətrafında yaranmış mühitdən danışıb.

İdman.biz bildirir ki, sabiq çalışdırıcı Messinin vaxtında Fransada çox düşməncəsinə ab-hava olduğunu deyib.

"O, mövsümöncəsi məşq etmədən, güclü emosional şokdan sonra gəldi. Bu, asan deyildi. Ən azından, onu izləmək mənim üçün ağrılı idi, çünki atmosfer onun üçün əlverişsiz - çox aqressiv idi. Amma komandamda belə bir oyunçunun olması xoşuma gəlirdi", - Poçettino deyib.

Poçettino 2021-ci ilin yanvarından 2022-ci ilin iyuluna kimi PSJ-nin baş məşqçisi vəzifəsində çalışıb. Messi 2021-2023-cü illərdə Paris komandasında çıxış edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
icma.az

2Источники